Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Ədliyyə Nazirliyinin aparatında təlim keçirilmişdir

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün davamlı tədbirlər görür. Növbəti tədbir 2012-ci il 10 aprel tarixdə Ədliyyə Nazirliyinin Akademiyasında "Etik davranış qaydaları və prinsipləri" mövzusunda keçirilmışdir. Təlimdə Ədliyyə Nazirliyinə qulluğu qəbul edilmək üçün elan edilmiş müsabiqədən uğurla keçmiş 58 nəfər iştirak etmişdir Təlimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov aparmışdır.

Təlim etik davranış qaydaları haqqında qanunvericiliyə uyğun olaraq vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və vicdanlılıq prinsipləri, bu prinsiplərə əməl edilməsi üzrə mövzuları əhatə etmişdir. Təlimin məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, ictimai diskussiyaya şəraitin yaradılması, vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və Ədliyyə orqanlarında qulluq keçəcək şəxslərin etik məsələlər üzrə biliklərinin artırılmasından ibarət olmuşdur. Sonda təlim mövzusu və etik məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və Komissiyanın əməkdaşı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag