Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət qulluqçuları Estoniyada təlimdə iştirak etmişlər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi ilə birlikdə 2012-ci il 20-23 fevral tarixlərdə Estoniyanın Tallin şəhərində Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarını təmsil edən dövlət qulluqçuları üçün “Dövlət qulluğuna qəbul” mövzusunda təlim kursu təşkil etmişdir.

Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi tərəfindən keçirilən təlim kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər.

“Estoniyanın dövlət qulluğu sistemi”, “E-hökumət”, “Kadrların seçilməsinin müxtəlif üsul və vasitələri”, “Dövlət qulluqçularının inkişaf etdirilməsi: inkişafın planlaşdırılması və qiymətləndirmə”, “Estoniyanın İCT sektoru: həllər və nümunələr“ mövzularını əhatə edən təlim kursunda Estoniya və Azərbaycan təcrübəsi barədə fikir mübadiləsi aparılmış və dövlət qulluğunda müasir standartların tətbiqi yolları müzakirə olunmuşdur.

Təlim iştirakçıları Estoniyanın hökümət binası Stenbok Haus-da olmuş və Estoniya hökumətinin fəaliyyəti ilə tanış olmuşlar.

Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi Rauf Əliyev, həmin şöbənin məsləhətçisi Sayad Ələsgərova və Beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Nərmin Zeynalova da təlimdə etmişlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag