Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşı Fransada keçirilən seminarda iştirak etmişdir

2012-ci il 19 iyun tarixdə Fransanın Strasburq şəhərində Korrupsiyaya qarşı mübarizə üzrə milli hökumət nümayəndələrinin iştirakı ilə “Korrupsiya və korrupsiya risklərinin qiymətləndirilməsi” mövzusunda regional seminar keçirilmişdir. Seminar Avropa İttifaqı Şərq Tərəfdaşlığının “Yaxşı idarəetmə və korrupsiyaya qarşı mübarizə haqqında” regional layihəsi çərçivəsində təşkil olunmuşdur. Tədbirdə “Korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq standartlar və korrupsiyaya qarşı mübarizə siyasətinin işlənib hazırlanması”, “Korrupsiya və korrupsiya riskinin qiymətləndirilməsi: ölkə təcrübələri”, “Korrupsiyanın qiymətləndirilməsi və pis təcrübələr”, “Korrupsiyanın qiymətləndirilməsi metodları və pis təcrübələr” və digər mövzularda müzakirələr keçirilmişdir.

Azərbaycan Respublikasından hökumət nümayəndələri qismində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin şöbə müdiri Rövşən Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov iştirak etmişlər.

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag