Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Beynəlxalq münasibətlər üzrə bacarıqların inkişaf etdirilməsi proqramı” çərçivəsində təlim keçirilmişdir

2012-ci il 5-7 iyun tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Cenevrə Beynəlxalq Tədqiqatlar və İnkişaf İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycan Respublikasında dövlət qulluqçuları üçün “Beynəlxalq münasibətlər üzrə bacarıqların inkişaf etdirilməsi (CABİR) proqramı” çərçivəsində “Beynəlxalq insan hüquqları və İnsan hüquqları üzrə Avropa Konvensiyası” mövzusunda təlim keçirilmişdir.

Təlimdə iştirak edən 15 dövlət orqanının nümayəndələri “İnsan hüquqlarının mexanizmləri və alətləri”, “Avropa Şurası və İnsan hüquqları”, “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqları”, “Yerli qanunvericiliklə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqlarının qarşılıqlı əlaqəsi” və digər mövzularda təqdimatlarla çıxış etmişlər. Təlimin ikinci günündə keçirilən dəyirmi masada Xarici İşlər Nazirliyinin və Ombudsman aparatının nümayəndələri və Binəqədi Rayon Məhkəməsinin hakimi də iştirak etmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmiş və onlara sertifikatlar təqdim olunmuşdur.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag