Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlim keçirilmişdir

2011-ci il 8 dekabr tarixdə Dövlət Sosial Müdafiə Fondunun konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2011-ci il 4, 21 oktyabr və 4 noyabr tarixlərdə dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir.

Təlimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli vətəndaşların dövlət qulluğuna qəbulunun obyektivlik və şəffaflıq əsasında müsabiqə və müsahibə vasitəsilə aparıldığını qeyd edərək bu sahədə Komissiyanın tətbiq etdiyi yenilikər barədə təlim iştirakçılarına məlumat vermişdir. 

Təlimdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təqdimatla çıxış etmiş və namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumat vermişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag