Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Litvada “Kadrların idarə edilməsi” mövzusunda təlim kursu keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Respublikasının dövlət orqanlarının Kadr qurumları rəhbərləri üçün “Kadrların idarə edilməsi” mövzusunda silsilə təlim kursları təşkil edir. Kurslar Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Litva İdarəçilik İnstitutu tərəfindən keçirilir.

10 dövlət orqanı nümayəndəsinin iştirak etdiyi ilk təlim kursu 2008-ci ilin 12-16 may tarixində keçirilmişdir. “İnsan resurslarının idarəedilməsinin əsasları”, “İşçi heyətinin idarəedilməsi siyasəti”, “İslahatlar dövründə təşkilatın inkişafı və işçi heyətinin işinin təşkili”, “İdarəetmədə rəhbərin rolu”, “İnsan resurslarının effektivliyinin artırılması”, “İnformasiya texnologiyalarının istifadəsi ilə kadrların idarəedilməsində effektivliyin artırılması” mövzularını əhatə edən təlim kursunda Litva, Azərbaycan və Avropa təcrübəsi barədə fikir mübadiləsi aparılmış və ümumavropa standartlarının tətbiqi yolları müzakirə olunmuşdur. 
Təlim kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin məsləhətçisi Rauf Əliyev təmsil etmişdir.
Növbəti təlim kursu 2008-ci il 15-21 iyun tarixində keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag