Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq məqsədilə təlim keçirilmişdir

Xidməti fəaliyyətin qiymətləndirilməsinin sınaq tətbiqi ilə bağlı pilot layihənin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondunda və Sumqayıt Şəhər İcra Hakimiyyətində qulluq keçən dövlət qulluqçuları üçün nəzərdə tutulmuşdur. Pilot layihənin keçirilməsində məqsəd dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi ilə bağlı təcrübənin əldə edilməsi və pilot layihə nəticəsində əldə edilmiş təcrübəyə uyğun olaraq qiymətləndirilmə sisteminin təkmilləşdirilməsi və bütün dövlət orqanları üçün tətbiqinə nail olmaqdır.Bu məqsədlə hazırlanmış dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov tərəfindən xüsusi təlimlərin keçirilməsinə başlanılmışdır. İlk təlimlər Dövlət Sosial Müdafiə Fondunun mərkəzi Aparatında qulluq keçən dövlət qulluqçuları üçün noyabr ayının 28-dən dekabr ayının 2-dək keçirilmişdir.

Təlimlərdə qiymətləndirmə sisteminin iştirakçıları olan struktur bölmə rəhbərləri (şöbə müdirləri), bilavasitə rəhbərlər (sektor müdirləri), dövlət qulluqçuları və kadr qurumunun işçiləri iştirak etmişlər. Təlimlərdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirmə prosesinin təşkili, qiymətləndirmə meyarları, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə hüquq və vəzifələr, tədbirlərin (hədəflərin) tərtib edilməsi və qiymətləndirilməsi, meyarlar üzrə qiymətləndirilmə, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər və s. mövzular üzrə təqdimatlarla çıxış edilmiş və müzakirələr aparılmışdır. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi əsasında dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusu barədə fərdi mükafatlandırılma tətbiq edilə, rəhbər vəzifələrin tutulması üçün üçün ehtiyat kadrlar siyahısına daxil edilə, yuxarı vəzifəyə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülə bilər. Eyni zamanda dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq təlimlərə və əlavə təhsilə cəlb edilməsi, dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya onun tutduğu vəzifədən azad edilməsi barədə də tədbirlər görülə bilər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag