Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Beynəlxalq hüquqda iqlim dəyişikliyi” mövzusunda təlim keçirilmişdir

 

31 oktyabr-2 noyabr 2011-ci il tarixlərində Park İnn otelində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İsveçrənin Beynəlxalq Tədqiqatlar və İnkişaf İnstitutu (The Graduate İnstitute) və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birlikdə dövlət qulluqçuları üçün “Beynəlxalq hüquqda iqlim dəyişikliyi” mövzusunda təlim keçirmişdir.
Təlimdə Cenevrə Ali İnstitutunun professoru Horhe Vinuales “İqlim dəyişikliyi üzrə hökumətlərarası komissiya: son dövrlər olan “elmi qalmaqallar”ın arxasında dayanan miflər və reallıqlar”, “İqlim dəyişilkliyi sistemi üzrə BMT-nin Çərçivə Konvensiyası”, “İqlim siyasəti üzrə danışıqların aparılması: əsas yanaşma, əlavə və alternativ yanaşma”, “İqlim dəyişikliyinin tənzimlənməsinin gələcəyi:”,“İqlim dəyişikliyi və beynəlxalq ticarət hüququ”, “İqlim dəyişikliyi və xarici investisiya”, “Texnologiyaya keçid və əqli mülkiyyət hüquqları”, “İqlim dəyişikliyinin tənzimlənməsi və onun enerji tənzimlənməsi ilə əlaqəsi” mövzularında çıxış etmiş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. Təlim zamanı iqlim dəyişikliyi və xarici investisiya kimi mühüm məsələlər barədə də müzakirələr aparılmışdir.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag