Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı Sinqapurda keçirilən təlim kursunda iştirak etmişdir

2010-cu il 29 iyun - 9 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova Sinqapur Respublikasının paytaxtı Sinqapur şəhərində PSB Akademiyası tərəfindən keçirilən təlim kursunda iştirak etmişdir.
Sinqapurun Xarici İşlər Nazirliyi tərəfindən Sinqapur Əməkdaşlıq Proqramı şərçivəsində təşkil edilən təlimdə Azərbaycanla yanaşı Bruney, İordaniya, Hindistan, Malayziya, Malta, Pakistan və s. dövlətlərin nümayəndələri də qatılmışlar.
Təlim kursu dövründə “Səmərəli idarəetmənin çərçivəsi”, “Xidmət sahəsində səmərəli idarəetmə”, “Səmərəliliyin ölçuləri və təhlil”, “Səmərəli auditin aparılması” və s. mövzularda mühazirələr deyilmiş və interaktiv müzakirələr aparılmışdır. Təlim zamanı Nərgiz İsmayılova təqdimatla çıxış etmişdir. Təqdimatın birinci hissəsində Azərbaycan haqqında ümumi məlumat, onun coğrafi mövqeyi, iqtisadi və sosial vəziyyəti, ölkəmizdə gedən islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ikinci hissəsində isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması və fəaliyyəti, dövlət qulluğu sahəsində aparılan islahatların mahiyyəti, dövlət qulluğunun təşkili və idarə olunması, dövlət qulluğunun normativ-hüquqi bazası, müsabiqə əsasında dövlət qulluğuna qəbul və digər məsələlər haqqında geniş məlumat verilmişdir.
Sinqapurun Milli İrs Komitəsində və Sinqapurun Əmək İnstitutunda (Həmkarlar İttifaqı) keçirilən görüşlərdə təlim iştirakçılarına bu təşkilatların gördüyü işlər barədə ətraflı məlumat verilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag