Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 169 / 25.06.2008 "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

"Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

QƏRAR № 169
Bakı şəhəri, 25 iyul 2008-ci il
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il,  № 9, maddə 755; 2005-ci il № 12, maddə 1224; 2007-ci il № 2, maddə 186; 2008-ci il,  № 2, maddə 120) 2-ci bəndi aşağıdakı redaksiyada  verilsin:
"Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2008-ci il iyulun 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:


Aylıq vəzifə maaşının məbləği (manatla)

1-ci kateqoriya dövlət orqanlarında

150

2-ci kateqoriya dövlət orqanlarında

140

3-cü kateqoriya dövlət orqanlarında

130

4-cü kateqoriya dövlət orqanlarında

120

5-ci kateqoriya dövlət orqanlarında

110

6-cı və 7-ci kateqoriya dövlət
orqanlarında

100


2. Bu Qərar 2008-ci il iyulun 1-dən qüvvəyə minir.

A. Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag