Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 184 / 24.11.2004 «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli, 7 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Qərar N 184

 

Bakı şəhəri, 24 noyabr 2004-cü il

«Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 105 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın 13-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanır.».

2. Bu qərar 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

A. Rasizadə
Azərbaycan Respublikasının Baş naziri

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag