Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 2795 / 07.05.2008 “Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 579-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 579-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 579-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 may 2008-ci il
N 2795

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag