Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 2526 / 23.11.2007 “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamına əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli
1909 nömrəli Sərəncamına əlavə edilməsi barədə

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən qərara alıram:

1. “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 32, №2, maddə 101, № 3, maddə 244, № 7, maddə 714; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 629 nömrəli və 26 oktyabr tarixli 643 nömrəli fərmanları, 2007-ci il 16 avqust tarixli 2326 nömrəli Sərəncamı) 1-ci bəndində “daxili işlər,” sözlərindən sonra “ədliyyə,” sözü əlavə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 noyabr 2007-ci il
N 2526

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag