Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 2326 / 16.08.2007 "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASI  PREZİDENTİNİN
SƏRƏNCAMI

"Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamına "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamına Əlavə 2 - "Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının vəzifə maaşları"nın "Təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrin adları" sütununun İnzibati vəzifələrin təsnifatı üzrə "Dördüncü təsnifat"ın on üçüncü qrafasından ";deputatın köməkçisi" sözləri çıxarılsın.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2007-ci il
N 2326

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag