Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlim keçirilmişdir

28 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2013-cü il 15 fevral tarixində dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsahibədə müsahibə qrupunun üzvü kimi iştirak edəcək dövlət orqanları nümayəndələri və müstəqil ekspert qismində çıxış edəcək QHT nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təqdimatla çıxış edən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumat vermişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag