Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№107/24.06.2009

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

 

 

 

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 807-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 407; 2007-ci il, №11, maddə 1118) ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.2-ci bəndinin ikinci cümləsində “söhbətdən” sözü “müsahibədən” sözü ilə, 1.5-ci bəndinin ikinci cümləsində “söhbət” sözü “müsahibə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 582; 2003-cü il, №8, maddə 441; 2005-ci il, №9, maddə 800) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 2.1-ci bəndində “iki illik” sözləri “altı aylıq” sözləri ilə əvəz edilsin.

4. “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 583; 2003-cü il, №8, maddə 441; 2005-ci il, №12, maddə 1111; 2007-ci il, №9, maddə 873) aşağıdakı dəyişikliklər edilsin:

4.1. Fərmanın adında və 1-ci bəndində “orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin” sözləri “orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.2.1. Qaydaların adında və 1-ci bəndində “orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin” sözləri “orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin” sözləri ilə əvəz edilsin;

4.2.2. 2-ci və 3-cü bəndlərdə “girmək” sözü “qəbul edilmək” sözləri ilə əvəz edilsin;

4.2.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət qabiliyyətinə malik olması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;”;

4.2.4. 2.2-ci bənddə “müəyyən müddətə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilməsinin məhkəmə qərarı ilə təsdiq edilib-edilməməsini” sözləri “ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olub-olmamasını” sözləri ilə əvəz edilsin;

4.2.5. 2.3-cü bənddə “işləyəcəyi” sözü “qulluq keçəcəyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 584; 2003-cü il, №8, maddə 441; 2005-ci il, №11, maddə 1009) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.”;

5.2. 4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir.”;

5.3. 7-ci bənddə “götürüldükdə” sözü “qəbul edildikdə” sözləri ilə əvəz edilsin;

5.4. 8-ci bəndin birinci abzasında “qalmaq müddəti” sözləri “qulluq müddəti” sözləri ilə əvəz edilsin;

5.5. 9-cu bənd çıxarılsın;

5.6. 13-cü bəndin birinci cümləsində “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilsin;

5.7. 14-cü bənddən “ixtisas dərəcəsindən məhrum edilməsi və” sözləri çıxarılsın, “işdən azad edilməsi” sözləri “dövlət qulluğuna xitam verilməsi” sözləri ilə əvəz edilsin.

6. “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 48; 2003-cü il, №8, maddə 441; 2004-cü il, №8, maddə 613; 2005-ci il, №3, maddə 172) aşağıdakı dəyişikliklər edilsin:

6.1. Fərmanın adında və 1-ci bəndində “vəzifədə” sözü “dövlət qulluğunda” sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.2.1. adında, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərdə “vəzifədə” sözü “dövlət qulluğunda” sözləri ilə əvəz edilsin;

6.2.2. 5-ci bənddə “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilsin;

6.2.3. 7-ci bəndin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti;”.

7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 494) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci bənddə, 5-ci bəndin birinci və ikinci abzaslarında, 8-ci bənddə, 10-cu bənddə “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilsin;

7.2. 5-ci bəndin ikinci abzasında “işçiyə” sözü “dövlət qulluqçusuna” sözləri ilə əvəz edilsin;

7.3. 11-ci bənddə “işlədikləri” sözü “qulluq keçdikləri” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 440; 2006-cı il, №3, maddə 229, №6, maddə 498; 2007-ci il, №2, maddələr 86, 101, №3, maddələr 217, 227, №7, maddə 714, №9, maddə 867, №10, maddə 948, №12, maddə 1242; 2008-ci il, №1, maddə 9, №3, maddələr 173, 179, №6, maddə 499, №8, maddələr 717, 723) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

8.1. 1.1-ci bənddə “vəzifələrinin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü” sözləri “vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri” sözləri ilə əvəz edilsin;

8.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.”;

8.3. 2.1.7-ci bəndin üçüncü abzasına, 2.1.8-ci bəndin ikinci abzasına, 3.2.7-ci bəndin üçüncü abzasına və 3.2.8-ci bəndin ikinci abzasına “ikili tabelikdə olan yerli bölmələrinin” sözlərindən sonra “, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin” sözləri, 2.1.9-cu bəndin ikinci abzasına, 2.3.6-cı bəndin üçüncü abzasına, 3.2.9-cu bəndin ikinci abzasına və 3.4.6-cı bəndin üçüncü abzasına “ikili tabelikdə olan yerli bölmələrində” sözlərindən sonra “, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində” sözləri əlavə edilsin;

8.4. 3.2.1-ci bəndin birinci abzasına “1-ci dərəcə dövlət müşaviri” sözlərindən sonra “və 2-ci dərəcə dövlət müşaviri” sözləri, 3.2.2-ci bəndin birinci abzasına “3-cü dərəcə dövlət müşaviri” sözlərindən sonra “, dövlət qulluğunun baş müşaviri” sözləri, 3.2.3-cü bəndin birinci abzasına “dövlət qulluğunun baş müşaviri” sözlərindən sonra “və dövlət qulluğunun müşaviri” sözləri, 3.2.4-cü bəndin birinci abzasına “dövlət qulluğunun müşaviri” sözlərindən sonra “və dövlət qulluğunun kiçik müşaviri” sözləri, 3.2.5-ci bəndin birinci abzasına “dövlət qulluğunun kiçik müşaviri” sözlərindən sonra “və 1-ci dərəcə dövlət qulluqçusu” sözləri, 3.2.6-cı bəndin birinci abzasına “1-ci dərəcə dövlət qulluqçusu” sözlərindən sonra “və 2-ci dərəcə dövlət qulluqçusu” sözləri, 3.2.7-ci bəndin birinci abzasına “2-ci dərəcə dövlət qulluqçusu” sözlərindən sonra “və 3-cü dərəcə dövlət qulluqçusu” sözləri, 3.2.8-ci bəndin birinci abzasına “3-cü dərəcə dövlət qulluqçusu” sözlərindən sonra “və kiçik dövlət qulluqçusu” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 297) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.13-cü bəndinin birinci cümləsində “söhbət” sözü “müsahibə” sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №6, maddə 484; 2007-ci il, №11, maddə 1108; 2008-ci il, №5, maddələr 360, 363) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 9.4-cü bəndində “peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması” sözləri, 10.5-ci bəndində “hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması” sözləri “peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №6, maddə 497) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 10.2-ci bəndinin ikinci cümləsində “iş” sözü “qulluq keçmə” sözləri ilə, 10.4-cü bəndində “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilsin və 10.5-ci bəndinin ikinci cümləsində “vəzifədə” sözü çıxarılsın.

12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 594; 2007-ci il, №11, maddə 1117, №12, maddə 1223; 2008-ci il, №8, maddə 724) 2.2-ci bəndində “orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin” sözləri “orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 88, №12, maddə 1241) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 13.10-cu bəndində “ təhqiqatın” sözü “araşdırmanın” sözü ilə əvəz edilsin.

14. “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 645, №8, maddə 723) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

14.1. 1-ci bənddən “prokurorluq, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, ədliyyə, gömrük, vergi orqanları, feldyeger rabitəsi və” sözləri çıxarılsın;

14.2. həmin Sərəncama Əlavə 2 “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın “Təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrin adları” sütununun “İnzibati vəzifələrin təsnifatı üzrə” bölməsində:

14.2.1. “Yeddinci təsnifat”ın üçüncü qrafasında “tabeliyində olan regional orqanlarının” sözlərindən sonra “,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin” sözləri əlavə edilsin;

14.2.2. “Səkkizinci təsnifat”ın ikinci qrafasında “tabeliyində olan regional orqanların” sözlərindən sonra “,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin” sözləri əlavə edilsin;

14.2.3. “Doqquzuncu təsnifat”ın ikinci qrafasında “tabeliyində olan regional orqanlarda” sözlərindən sonra “,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində” sözləri, altıncı qrafasında “tabeliyində olan regional orqanların bölmələrində” sözlərindən sonra “,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində” sözləri əlavə edilsin;

14.3. “Yardımçı vəzifələrin təsnifatları üzrə” bölməsinin “Altıncı təsnifat”ının birinci qrafasında “tabeliyində olan regional orqanlarda” sözlərindən sonra “,mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrində” sözləri əlavə edilsin.

15. “Ədliyyə işçilərinə rütbə dərəcələrinə görə əlavə haqqın miqdarı barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 146 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №11, maddə 910; 2008-ci il, №5, maddə 365, №8, maddə 724) qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il

№ 107

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag