Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 776 / 20.06.2008 “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə

“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədiləqərara alıram:

1. "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı" təsdiq edilsin (əlavə olunur).

2.Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV,

Bakı şəhəri, 20 iyun 2008-ci il

№ 776

"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (30 iyun 2008-ci il, № 6 (132), maddə 494) («VneshExpertService» LLC).

13 fevral 2009-cu il tarixli, 53 nömrəli; 24 iyun 2009-cu il tarixli, 109 nömrəli; 10 fevral 2010-cu il tarixli, 216 nömrəli; 15 mart 2010-cu il tarixli, 237 nömrəli; 24 may 2010-cu il tarixli, 266 nömrəli; 10 iyun 2010-cu il tarixli, 278 nömrəli; 2 dekabr 2013-cü il tarixli, 40 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının

SİYAHISI

Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na uyğun olaraq:

1. Ali — 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri;

2. Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində inzibati vəzifələrin ali — ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdirləri və onların müavinləri.

3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri;

4. 3-cü — 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;

5. Ali — 5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag