Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 669 / 23.11.2007 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa

dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının

2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə

əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr

edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş

hesab edilməsi haqqında" Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 176; 2002-ci il, № 8, maddə 478; 2004-cü il, № 1, maddə 19) 2-ci bəndinin dördüncü abzasında “səlahiyyətlərini” sözündən sonra “, 161-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini" sözləri əlavə edilsin.

3. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 22; 2004-cü il, № 12, maddə 1001) 2-ci bəndinin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“həmin Əsasnamənin 113-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.".

4. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 718) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 9.26-cı bəndi çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 144, № 9, maddə 677; 2005-ci il, № 6, maddə 480, № 10, maddə 910) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”nin 8.29-cu bəndi çıxarılsın.

6. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 105 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 8, maddə 613) aşağıdakı dəyişikliklər edilsin:

6.1. Fərmanın adı aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”;

6.2. preambula və 1-3-cü bəndlər çıxarılsın;

6.3. 4-cü bənd 1-ci bənd hesab edilsin;

6.4. 5-ci bənd 2-ci bənd hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“2. Bu Fərman 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.”.

7. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “DövIət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 70) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

7.1. Fərmanın adında, 1-ci və 3-cü bəndlərində “pensiya” sözü “əmək pensiyasının” sözləri ilə əvəz edilsin;

7.2. Fərmanın adında və 2-ci bəndində “pensiyasının” sözündən əvvəl “əmək” sözü əlavə edilsin;

7.3. preambulada “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək" sözləri “Dövlət qulluqçularının əmək pensiyası təminatı” sözləri ilə əvəz edilsin;

7.4. 4-cü bənddən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə müvafiq olaraq" sözləri çıxarılsın;

7.5. həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda:

7.5.1. Qaydaların adında, 1-3-cü, 5-ci, 6-cı və 8-ci bəndlərində “pensiya” sözü “əmək pensiyasının” sözləri ilə, 4-cü və 7-ci bəndlərində “pensiya” sözü “əmək pensiyası” sözləri ilə əvəz edilsin;

7.5.2. 9-12-ci bəndlərdə “pensiyasının” sözündən əvvəl “əmək” sözü əlavə edilsin;

7.5.3. 1-ci bənddən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən" sözləri çıxarılsın;

7.5.4. 7-ci bənddə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.1 və ya 6.2.2-ci maddələrinə" sözləri “vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının əmək pensiyası təminatına” sözləri ilə əvəz edilsin;

7.6. həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları”nda:

7.6.1. Qaydaların adında, 1-ci, 2-ci və 10-cu bəndlərində “pensiyasının” sözündən əvvəl “əmək” sözü əlavə edilsin;

7.6.2. 1-ci bənddən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən" sözləri çıxarılsın;

7.6.3. 5-ci bənddə “dövlət pensiyası” sözləri “əmək pensiyası” sözləri ilə əvəz edilsin;

7.6.4. 6-cı bənddə “pensiya” sözü “əmək pensiyası” sözləri ilə, “pensiyaları” sözü “əmək pensiyaları” sözləri ilə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən" sözləri “dövlət qulluqçusu kimi əmək pensiyası təminatı üçün” sözləri ilə əvəz edilsin;

7.6.5. 7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7. Dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının vəfatı ilə bağlı onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin əmək pensiyası yenidən hesablandıqda, həmin ailə üzvlərinə əvvəllər hesablanmış əmək pensiyasının ödənişi dayandırılır və ailə başçısını itirməyə görə əmək pensiyası ailə üzvlərinin sayına bərabər bölünməklə müəyyən edilir. Ailə üzvlərindən biri öz arzusuna əsasən digər əmək pensiyası aldıqda, digər ailə üzvlərinin əmək pensiyası həmin ailə üzvünün payı çıxılmaqla yenidən hesablanır.”;

7.6.6. 8-ci bənddə:

7.6.6.1. birinci cümlədə “pensiyaçının ailəsinə təyin olunmuş pensiya ”Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində nəzərdə tutulan" sözləri “dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının ailəsinə təyin olunmuş əmək pensiyası” sözləri ilə, hər iki halda “yaxud pensiyaçının” sözləri “yaxud əmək pensiyaçısının” sözləri ilə, “22 yaşına çatanadək işləməyə başladıqda” sözləri “müəyyən yaş həddinə çatdıqda” sözləri ilə əvəz edilsin;

7.6.6.2. ikinci cümlədə “dövlət pensiyasının pensiya almaq hüququnu itirən ailə üzvünə hesablanmış hissəsi pensiya almaq hüququ olan” sözləri “əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu itirən ailə üzvünə hesablanmış hissəsi belə hüququ olan” sözləri ilə əvəz edilsin;

7.6.7. 9-cu bənddə:

7.6.7.1. birinci cümlədə “pensiyaçı vəfat etdikdən sonra onun uşağı doğulduqda, ”Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində nəzərdə tutulan" sözləri “dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdən sonra onun uşağı doğulduqda” sözləri ilə, “pensiya” sözü “əmək pensiyası” sözləri ilə əvəz edilsin;

7.6.7.2. ikinci cümlədə “Pensiya” sözü “Ailə başçısını itirməyə görə əmək pensiyası” sözləri ilə, “dövlət pensiyası” sözləri “əmək pensiyası” sözləri ilə, “pensiyaçının” sözü “əmək pensiyaçısının” sözləri ilə əvəz edilsin;

7.7. 10-cu bənddə “pensiya” sözü “əmək pensiyasını” sözləri ilə əvəz edilsin.

8. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 594) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

8.1. 2.5-ci bənddən “, 39.1-ci maddəsinin ikinci cümləsində” sözləri çıxarılsın;

8.2. Fərmana aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:

“2.9. həmin Qanunun 39.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;";

8.3. 2.9-cu bənd 2.10-cu bənd hesab edilsin.

9. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 796; 2007-ci il, № 3, maddələr 217, 227; Azərbaycan Respublikasının 2007-ci il 27 sentyabr tarixli 629 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

9.1. Fərmanın adında və 1-ci bəndində “Dövlət qulluqçularının pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilsin;

9.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın adında “Dövlət qulluqçularının pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları qüvvədən düşmüş hesab edilsin:

10.1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 oktyabr tarixli 639 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 11; 2004-cü il, № 1, maddə 19, № 12, maddə 1020; 2005-ci il, № 1, maddə 12, № 4, maddə 299; 2007-ci il, № 2, maddə 97);

10.2. “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 may tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 277; 2007-ci il, № 5, maddə 463);

10.3. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 676);

10.4. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli 302 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 911; 2007-ci il, № 2, maddə 97).

11. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 noyabr 2007-ci il

N 669

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag