Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 537 / 05.03.2007 Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına

dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 179-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-ci il 1 fevral tarixli 520 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 2.1.3-cü və 3.2.3-cü bəndlərin on birinci abzasların sonuna “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru” sözləri əlavə edilsin;

1.2. 2.1.4-cü bəndin on ikinci abzasında “Aparatının rəhbəri və rəhbərin müavini,” sözlərindən sonra “Azərbaycan Respublikası Nazirlər kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanları Aparatının rəhbəri və rəhbərin müavini,” və 3.2.4-cü bəndin on birinci abzasında “rəhbərin müavini” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanları Aparatının rəhbəri və rəhbərin müavini” sözləri əlavə edilsin;

1.3. 2.1.4-cü və 3.2.4-cü bəndlərin on ikinci abzaslarında “dövlət xidmətlərinin rəhbərlərinin müavini” sözlərindən sonra “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini” sözləri əlavə edilsin.

1.4. 2.1.5-ci və 3.2.5-ci bəndlərin səkkizinci abzaslarında “rəhbərlərin köməkçisi” Sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan Mərkəzi icra hakimiyyəti orqanlarının aparatında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərinin köməkçisi" sözləri əlavə edilsin;

1.5. 2.1.5-ci və 3.2.5-ci bəndlərin doqquzuncu abzaslarında "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatlarında Aparatın rəhbəri və rəhbərin müavini," və "şöbə (aparıcı və köməkçi) müdiri və müdir müavini," sözləri çıxarılsın, həmin abzaslarda "Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında Aparatın rəhbəri və rəhbərin müavini," sözlərindən əvvəl "Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında Aparatın rəhbəri və
rəhbərin müavini," sözləri əlavə edilsin;

1.6. 2.1.6-cı bəndin beşinci abzasında və 3.2.6-cı bəndin dördüncü abzasında "aparıcı məsləhətçi, məsləhətçi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri əlavə edilsin;

1.7. 2.1.6-cı bəndin altıncı abzasında və 3.2.6-cı bəndin beşinci abzasında "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatlarında (aparıcı və köməkçi) şöbə müdiri və müdir müavini" sözləri "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini" sözləri ilə əvəz edilsin;

1.8. 2.1.7-ci və 3.2.7-ci bəndlərin ikinci abzaslarında "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri ilə əvəz edilsin;

1.9. 2.3.5-ci və 3.4.5-ci bəndlərin ikinci abzaslarında "və digər mərkəzi icra hakimiyyəti orqanlarının" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının" sözləri əlavə edilsin;

1.10. 2.3.6-cı və 3.4.6-cı bəndlərin ikinci abzaslarında "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların — komitələrin, agentliklərin və sair icra hakimiyyəti orqanlarının aparatlarında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər" sözləri "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, Ns 9, maddə 407) ilə təsdiq edilmiş "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarıda çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu
vəzifələrinin adları" sütununun 1.16-cı və 2.10-cu bəndlərində "və ya onun qərarı ilə" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2007-ci il

№ 537


ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag