Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 535 / 28.02.2007 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr

edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 246-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 246-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. (çıxarılmışdır).

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 520 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr edilsin:

3.1. 2.1.7-ci bəndin üçüncü abzasında, 2.1.8-ci bəndin ikinci abzasında, 2.1.9-cu bəndin ikinci abzasında, 3.2.7-ci bəndin üçüncü abzasında, 3.2.8-ci bəndin ikinci abzasında və 3.2.9-cu bəndin ikinci abzasında “başçısının aparatının bölmələrinin” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların” sözləri əlavə edilsin;

3.2. 2.3.6-cı bəndin üçüncü abzasında və 3.4.6-cı bəndin üçüncü abzasında “başçısının aparatında” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlarında” sözləri əlavə edilsin.

4. “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının vəzifə maaşları”nın “Təsnifat üzrə İnzibati və yardımçı vəzifələrin adları” sütununa aşağıdakı əlavələr edilsin:

4.1. İnzibati vəzifələrin təsnifatı üzrə:

4.1.1. “Yeddinci təsnifat”ın üçüncü qrafasında “başçısı aparatının bölmələrinin” sözlərindən sonra, “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların” sözləri əlavə edilsin;
4.1.2. “Səkkizinci təsnifat”ın ikinci qrafasında “başçısının aparatının bölmələrinin” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların” sözləri əlavə edilsin;

4.1.3. “Doqquzuncu təsnifat”ın ikinci və altıncı qrafalarında “başçısı aparatının bölmələrində” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlarında” sözləri əlavə edilsin.

4.2. Yardımçı vəzifələrin təsnifatları üzrə:

4.2.1. “Altıncı təsnifat”da “başçısının aparatında” sözlərindən sonra, “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlarında” sözləri əlavə edilsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 fevral 2007-ci il

№ 535

 

2008-ci il 3 oktyabr tarixli 830 nömrəli fərmana əsasən dəyişikliklə

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag