Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 729 / 05.07.2002 «Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların

müəyyən edilməsi haqqında»

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki, «Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- «Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısını təsdiq etsin;

- öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyul 2002-ci il

№ 729

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag