Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 711 / 29.05.2002 «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçularının icbari sığortası haqqında»

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş ağır və yüngül xəsarət növlərinin siyahısını təsdiq etsin.

2. Müəyyən edilsin ki, «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 may 2002-ci il

№ 711

 

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag