Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 586 / 01.10.2001 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikasının Dövlət Qulluğunu idarəetmə Şurasının üzvlərinin

təyin edilməsi haqqında

Azərbaycan Respublikasının «Dövlət qulluğu haqqında» 2000-ci il 21 iyul tarixli Qanununun 5-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakılar Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilsinlər:

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri

Yusif Hümbətov – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Ağabala Hacıyev – Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri

Əbülfəz Qarayev – Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Seyfəddin Qəndilov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 oktyabr 2001-ci il

№ 586

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag