Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 568 / 03.09.2001 (01.09.2001) Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalarının təsdiq edilməsi barədə

Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalarının təsdiq edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. «Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

№ 568

2003-cü il 4 avqust tarixli 912 nömrəli; 2005-ci il 28 dekabr tarixli 342 nömrəli; 2007-ci il tarixli 635 nömrəli, 2009-cu il 24 iyun tarixli 107 nömrəli fərmanlara əsasən əlavə və dəyişikliklərlə

 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 3 sentyabr tarixli

568 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması

QAYDALARI

1. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

2. Dövlət qulluğuna qəbul edilmək məqsədi ilə, müsabiqədə iştirak etmək istəyən şəxsin sənədləri qəbul edildikdən sonra üç iş günü müddətində Komissiya aşağıdakı orqanlara sorğular göndərir:

2.1. şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət qabiliyyətinə malik olması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;

2.2. şəxsin ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olub-olmamasını yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;

2.3. şəxsin bilavasitə tabeliyində və ya nəzarəti altında qulluq keçəçəyi vəzifəli şəxslə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduğunu yoxlamaq üçün müvafiq dövlət orqanlarına;

2.4. qanunla nəzərdə tutulmuş hallarda şəxsin əvvəllər məhkum olunduğunu, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilib-verilməməsini yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;

2.5. şəxsin dini xadim olub-olmamasını yoxlamaq üçün Qafqaz Müsəlmanları Ruhani İdarəsinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə;

2.6. qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları yoxlamaq məqsədi ilə müvafiq orqanlara.

3. Komissiyanın sorğularına dövlət qulluğuna qəbul edilmək istəyən şəxs tərəfindən əl ilə doldurulmuş və imzalanmış kadrlar uçotunun şəxsi vərəqəsi əlavə edilir.

4. Göndərilmiş sorğulara müvafiq orqanlar tərəfindən beş iş günü müddətində yoxlama aparılır və sorğunu göndərən Komissiyaya müvafiq qaydada rəsmi cavab verilir. Kadrlar uçotunun şəxsi vərəqəsində soyadı, adı, atasının adı, doğulduğu tarix, yaxın qohumlarının siyahısı, məhkəmə məsuliyyətinə cəlb olub-olmamasını və s. məlumatlar əks etdirilməlidir.

5. Yoxlamanın qaydası qanunvericiliklə müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag