Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 348 / 10.08.2004 Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə

yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının fəaliyyətində səmərəliliyi yüksəltmək, rəhbər işçilərin aylıq vəzifə maaşlarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq və onların maddi təminatını daha dolğun ödəmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Baş nazir 7700000 manat

Baş nazirin birinci müavini 6800000 manat

Baş nazirin müavini — 6500000 manat

Nazir, Dövlət Komitəsinin, Milli Bankın idarə heyətinin sədri — 6000000 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri — 5000000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin,

Milli Bankın idarə heyəti sədrinin birinci müavini — 4000000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyəti

sədrinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanı

rəhbərinin birinci müavini — 3500000 manat

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında orqanın rəhbəri,

digər mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin müavini — 3200000 manat

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

orqanın rəhbərinin müavini — 2400000 manat

2. Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Bakı şəhəri — 6000000 manat

Gəncə və Sumqayıt şəhərləri — 3500000 manat

Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə:

Əhalisi 50 min nəfərdən çox olan rayonlar 3000000 manat

Əhalisi 50 min nəfərədək olan rayonlar 2400000 manat

3. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. «Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanlarının işçilərinin əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 yanvar tarixli, 600 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

6. Bu Sərəncam 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2004-cü il

№ 348


ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag