Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət qulluğu sahəsində Türkiyə Respublikasının təcrübəsi öyrənilmişdir

2011-ci il 13-19 fevral tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının 11 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmişdir. Səfər 21 dekabr 2009-cu il tarixdə Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilmişdir.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Gömrük Komitəsi, Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri daxil olmuşlar.

Fevralın 14-də Nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etmiş və böyük öndərin xatirəsini yad etmişlər. 
Nümayəndə heyətinin Türkiyə Respublikasının Baş nazirinin müavini Hayati Yazıcı, Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan, onun müavini Şaban Talaşla və İdarənin Təşkilat və beynəlxalq şöbəsinin müdiri Enes Polatla görüşü olmuşdur. Görüşlərdə iki qardaş ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilmiş və təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin, bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik vurğulanmışdır. Eyni zamanda görüşlərdə həm qurumlararası, həm də dövlət qulluğu sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.
Səfər ərzində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikasının dövlət qulluğu sistemi ilə daha yaxından tanış etmək məqsədi ilə Dövlət Kadrlar İdarəsinin, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun, Nəqliyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Energetika və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici Ticarət İdarəsi və Dövlət Gömrük İdarəsinin əməkdaşları təmsil etdikləri dövlət orqanlarının gördüyü işləri əks etdirən təqdimatlarla çıxış etmişlər. 
Türkiyənin Dövlət Şəhərsalma və İnşaat İdarəsində keçirilən görüşdən sonra Ankarada bu sahədə həyata keçirilən layihələr haqqında film göstərilmişdir. 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin hər bir üzvü oz təşkilatına uyğun olan dövlət qurumunda olmuş və qurumun gördüyü işlərlə yerində tanış olmuşdur. Dövlət Qullluğu Məsələləri üzrə Komssiyasının əməkdaşları da Türkiyənin Dövlət Kadrlar İdarəsində olmuş və “Dövlət qulluğuna kadrların seçilməsi və imtahanın keçirilməsi” mövzusunda təqdimatla tanış olmuşlar.
Azərbaycan Respublikasının dövlət qulluqçuları Türkiyə Cumhuriyyəti ilə bağlı tarixi muzeylərini də ziyarət etmişlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag