Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 567 / 03.09.2001 (01.09.2001) Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə

Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün

əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə

Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

№ 567

2003-cü il 4 avqust tarixli 912 nömrəli; 2005-ci il 15 sentyabr tarixli 294 nömrəli, 2009-cu il 24 iyun tarixli 107 nömrəli fərmanlara əsasən əlavə və dəyişikliklərlə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il

3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna

qəbul üçün əmək müqaviləsinin (kontraktının)

NÜMUNƏSİ

1. Əmək müqaviləsi (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

1.1. Sınaq müddəti ilə dövlət qulluğuna qəbulu üçün bu əmək müqaviləsi (kontraktı) (bundan sonra — «kontrakt») _________________________________________________________________

       (dövlət orqanının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN))

rəhbəri ________________________________________________________________________

                                                                        (vəzifəsinin adı)

___________________________________________________________________________ ilə

                                                             (adı, atasının adı və soyadı)

İşçi __________________________________________________________________________

                                                              (adı, atasının adı və soyadı)

____________________________________________________________________________

    (vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı)

 

____________________________________________________________________________

                                  (təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı)

__________ il _________________ «___»-də Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmışdır.

1.2. İşçi ___________________________________________________________ vəzifəsinə işə qəbul edilir.

1.3. Bu kontrakt hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu kontraktın şərtləri ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

 

2. Kontraktın müddəti

2.1. Bu kontrakt altı aylıq sınaq müddəti ilə bağlanmışdır.

2.2. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər.

2.3. İşçi ________ il ________________ «___»dən işə başlayır.

2.4. Sınaq müddəti ərzində kontrakt pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş işçinin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir və qanunvericiliklə müəyyən olunmuş qaydada bu şəxslə müvafiq kontrakt bağlanır.

 

3. İşçinin əmək funksiyası

3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

a) ____________________________________________________________________________

b) ____________________________________________________________________________

c) ____________________________________________________________________________

(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)

 

3.2. İşçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.

 

4. Əmək şəraitinin şərtləri

Dövlət orqanının rəhbəri aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

4.1. İşçinin həvalə olunmuş əmək funksiyalarının yerinə yetirilməsi üçün lazımi qulluq şərait ilə təmin olunması.

Dövlət məvacibi üzrə:

4.2. İşçiyə hər ay ___________________________________ məbləğdə dövlət məvacibi ödənilir;

4.3. Dövlət məvacibi: ______________________________ manat məbləğində vəzifə maaşından;

___________________________________________________________ məbləğdə mükafatdan;

(aylıq, rüblük, illik)

işçi əmək funksiyasını ________________________________________________________________

(həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan əmək şəraiti və s.)

 

iş yerində icra etdiyi üçün onun vəzifə maaşına ____________________________ məbləğdə əlavədən;

vəzifə maaşına ___________ faizi miqdarında digər əlavələrdən ibarətdir;

4.4. Dövlət məvacibi:

ayda iki dəfə ________________________________________________________________________________;

(ayın maaş verilən günləri)

ayda bir dəfə ___________________________________________________________ ödənilir;

(ayın günü)

dövlət məvacibi və digər ödənclər (vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra) işçinin arzusuna uyğun olaraq nağd yolla iş yerində ödənilir və ya ______________ _____________________________________________ bankdakı hesabına köçürülür;

(bankın adı)

4.5. Tərəflərin dövlət məvacibinin ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər:

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Əməyin mühafizəsi üzrə:

4.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır.

İş və istirahət vaxtı üzrə:

4.7. İşçi gündə 8 saat, həftə ərzində isə 40 saat işləyir (qanunvericiliklə nəzərdə tutulmuş hallarda qısaldılmış iş vaxtının müddəti göstərilməlidir);

4.8. İş saat ______________ başlanır, saat ______________ qurtarır.

4.9. Nahar vaxtı saat __________-dən saat ____________-dəkdir;

4.10. İstirahət günləri hər həftənin _________________ günləridir;

4.11. Qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.

4.12. İşçiyə ayda iş vaxtından 5 saat artıq işlərin yerinə yetirilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə haqq ödənilir.

Məzuniyyət üzrə:

4.13. İşçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada hər iş ili üçün əmək məzuniyyəti verilir.

4.14. Əsas məzuniyyətinin müddəti ________________ təqvim günüdür;

4.15. Qanunvericiliklə müəyyən edilmiş hallarda aşağıdakı müddətdə əlavə məzuniyyət verilir:

____________________ təqvim günü.

4.16. Əmək məzuniyyətinin ümumi müddəti ______________ təqvim günü.

 

5. Sosial müdafiə məsələləri:

5.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay ___________________ məbləğdə sığorta haqqı ödənilir;

5.2. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.

 

6. İşçi dövlət orqanının kommersiya və xidmət sirrinin qorunmasına cavabdehdir və bu sirləri

yaymağa görə qanunvericiliklə və bu kontraktla nəzərdə tutulan məsuliyyət daşıyır.

 

7. İşçi onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. İşçinin qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

8. Bu kontrakta birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

 

9. Kontrakta xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

a) tərəflərin qarşılıqlı razılığı;

b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlıq üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;

c) «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktları ilə və bu kontraktla nəzərdə tutulmuş digər hallar.

 

10. Bu kontrakta əsasən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları şamil edilir.

 

11. Yekun qaydaları

11.1. Bu kontrakt iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə dövlət orqanının rəhbərində saxlanılır.

 

12. Tərəflərin imzaları və ünvanları

12.1. Dövlət orqanı rəhbərinin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu göstərilməklə hüquqi ünvanı:

 

Möhürü

 

İmzası: ________________________________

 

12.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:

 

İmzası: __________________________________

 

Tarix: ___________________________________

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag