Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Gender bərabərliyi mövzusunda təlim kursu keçirilmişdir

 

 
 
2010-cu il 16 dekabr tarixdə HYATT İclas və Konfrans Mərkəzinin Naxçıvan zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdikləri “Dövlət qulluğunda gender yönümündən həssas yanaşma” layihəsi çərçivəsində “Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma” mövzusunda təlim kursunun açılışı olmuşdur. 
Qeyd edilən layihə tərəfindən “Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma” adlı təlim vəsaiti hazırlanmışıdr. Təlim kursunun məqsədi dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün bu vəsait əsasında xüsusi təlimçilərin hazırlanmasıdır. 
Tədbirdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarəedilməsi üzrə struktur bölmələrin nümayəndələri və gender məsələləri üzrə müvəkilləri iştirak edirlər.
İki gün davam edəcək təlim kursunda “Gender haqqında ümumi məlumat”, “Azərbaycan Respublikasının gender siyasəti və beynəlxalq öhdəlikləri”, “Gender bərabərliyi, səmərəli idarəçilik və dövlət qulluğu” və “Dövlət qulluğunda gender yönümündən həssas yanaşma” mövzularında təqdimatlar dinləniləcək.
ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag