Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 537-IIQ / 05.12.2003 (01.02.2004) «Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında»

«Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında
dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında»


AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


 

Bu Qanun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi və təyin edilməsinin ümumi qaydalarını tənzimləyir.

Maddə 1. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında qanunvericilik


Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi bu Qanunla, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə tənzimlənir.

Maddə 2. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın təyin edilməsi üçün əsas


Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsal qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarının və müvafiq dövlət qulluğu vəzifələrinin siyahısı əsasında təyin edilir.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarının və müvafiq dövlət qulluğu vəzifələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 3. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi qaydası və məbləği


Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş artıq əmsal tətbiq olunur. Bu artıq əmsala uyğun vəzifə maaşına artım hər ay dövlət məvacibi ilə birlikdə ödənilir və dövlət qulluqçularının orta dövlət məvacibi hesablanarkən nəzərə alınır.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edildiyi gündən tətbiq edilir.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçusunu müvəqqəti əvəz edən şəxsin vəzifə maaşına əvəz etdiyi dövr üçün əvəz edilənin vəzifə maaşına uyğun artıq əmsal təyin edilir.

Maddə 4. Qanunun qüvvəyə minməsi


Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il
№ 537-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 fevral 2004-cü il, № 25). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 12, maddə 5).

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag