Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

DSMF-də qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirilmişdir

 

2010-cu il 13 oktyabr tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində, 20 oktyabr tarixdə isə mərkəzi aparatında qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluğunu tənzimləmə institutları” mövzusunda təqdimatla çıxış etmişdir.
R.Məcidbəyli Azərbaycan Respublikasının dövlət qulluğu sistemində münasibətləri tənzimləyən hüquq institutları, onların tətbiqi məsələləri, Komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində beynəlxalq təcrübədə təzahür edən tendensiyalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag