Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 156-IIQ / 22.06.2001 (01.09.2001) Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında

Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Maddə 1. Qanunun məqsədi

Bu Qanun dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün, onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən edir.

Maddə 2. Qısaldılmış iş vaxtının müddəti


Dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.

Maddə 3. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün iş vaxtı müddətinin artırılmasının qadağan olunması


Bu Qanunun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçuları üçün «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş iş vaxtının artırılması qadağan olunur.

Maddə 4. Qanunun qüvvəyə minməsi


Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 iyun 2001-ci il
№ 156-IIQ

 

«Azərbaycan» qəzetində dərc edilmişdir (05 sentyabr 2001-ci il, № 202). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 575).
13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli Qanuna əsasən əlavələrlə.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag