Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət orqanlarının nümayəndələri üçün təlimlər keçirilir

2009-cu il 16 noyabr tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dövlət qulluğuna qəbulla bağlı keçirilməsi nəzərdə tutulan müsabiqə və müsahibələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək dövlət orqanlarının, o cümlədən məhkəmə orqanlarının nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlimlər keçirilir.
Təlimlərdə Komissiyanın əməkdaşları namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərini istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumatlandırmışlar. Təlimlər davam edir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag