Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiya əməkdaşları üçün təlim keçirilmişdir

2009-cu il 16 noyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Komissiyanın əməkdaşları üçün “İnsan resursları və onların idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlimdə Komissiyanın Dövlət qulluğuna kadların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılovun mövzu ilə bağlı təqdimatı olmuşdur. Təlim zamanı "Kadr siyasəti", "Kadr siyasətinə təsir edən amillər", "Kadr qurumunun fəaliyyəti", "Rəhbərin əsas funksiyaları" və s. mövzular ətrafında müzakirələr aparılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag