Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları İtaliyada keçirilən beynəlxalq təlimdə iştirak etmişlər

“Milli əlaqələndiricilər” mövzusunda təşkil edilən təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva və Beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Anar Zeynalov 2009-cu il 11-13 noyabr tarixlərdə BMT İnkişaf Proqramının (UNDP) Dövlət İdarəçiliyində İslahatlar üzrə Regional Mərkəzi tərəfindən “Milli əlaqələndiricilər” mövzusunda təşkil edilən təlimdə iştirak etmişlər.
Mərkəzin virtual şəbəkə üzvləri üçün təşkil olunan təlim İtaliya Respublikasının Turin şəhərində keçirilmişdir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə yanaşı MBD ölkələrinin milli əlaqələndiricilərinin də qatıldığı tədbirdə “Virtual əməkdaşlıq, ünsiyyət və komanda işi”, “Mərkəzin virtual şəbəkəsindən istifadə qaydaları”, “Layihələrin idarə edilməsi” və s. mövzular barədə təlimlər keçirilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag