Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Bakıda təlimlər keçirilir

2009-cu il 23 noyabr tarixdən Ambassador otelinin Konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlərə başlanılmışdır.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1790 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçiliyin Təşkili: MİM 9-un (YADİDP-nin ilkin variantı 2006-2015) icrasına dair Layihə Sənədi”nə müvafiq olaraq təşkil edilmişdir.
Təlimə Bakı və Sumqayıt şəhər, Bakı şəhəri Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Səbail, Xətai, Qaradağ, Əzizbəyov, Sabunçu, Suraxanı rayonları və işğal altında olan Şuşa şəhər, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının qeyd olunan inzibati ərazi vahidləri üzrə yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər cəlb edilmişdir. Keçirilmiş təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxışlar edəcək və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, bu təlim əvvəllər Gəncə, Tovuz, Şəki, Yevlax, Şamaxı, Quba, Masallı və Salyan şəhərlərində keçirilmiş silsilə təlimlərin davamıdır.
Təlim 2009-cu il 27 noyabr tarixədək davam edəcək.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag