Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyada etik davranış qaydaları mövzusunda təlim keçirilmişdir

2009-cu il 19 noyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir.
Təlim Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə üzrə verdiyi müvafiq tövsiyənin icrası ilə əlaqədar qəbul etdiyi Uyğunluq Hesabatına və Komissiya sədrinin 2008-ci il 29 dekabr tarixli 301 nömrəli əmri ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada icrası ilə əlaqədar 2009 cu il üçün Tədbirlər Planı”na uyğun olaraq keçirilmişdir.
Təlimdə Komissiyada inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuları iştirak etmişdir. Tədbirdə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərovun mövzu ilə bağlı təqdimatı olmuşdur. Sonra “Dövlət qulluqçularının etik davranış prinsipləri”, “Dövlət qulluqçusunun xidməti davranışı”, “Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti davranışına əlavə tələblər”, “Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması” və s. mövzular ətrafında müzakirələr aparılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag