Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları mövzusunda təlim keçirmişdir

 

2010-cu il 19 noyabr tarixdə “Ambassador” otelinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2010-cu il 21 və 29 oktyabr tarixlərdə dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqə və müsahibələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək məhkəmə hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının struktur bölmə rəhbərləri və digər əməkdaşları üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir. 
Təlimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli vətəndaşların dövlət qulluğuna qəbulunun obyektivlik və şəffaflıq əsasında müsabiqə və müsahibə vasitəsilə aparıldığını qeyd edərək bu sahədə Komissiyanın tətbiq etdiyi yenilikər barədə təlim iştirakçılarına məlumat vermişdir.
Təlimdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təqdimatla çıxış etmiş və namizədlərin potensialının müvafiq vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumat vermişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag