Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 277 / 19.12.2008 "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti
Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə

Qərar № 277

Bakı şəhəri, 19 dekabr 2008-ci il


“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli, 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli, 443 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 774 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 19 dekabr 2008-ci il

№ 277

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2008-ci il, № 12 (138), maddə 1115).
25 fevral 2009-cu il tarixli, 30 nömrəli; 16 aprel 2009-cu il tarixli, 64 nömrəli; 27 iyul 2009-cu il tarixli, 108 nömrəli; 7 avqust 2009-cu il tarixli, 121 nömrəli; 24 avqust 2009-cu il tarixli, 127 nömrəli; 5 oktyabr 2009-cu il tarixli, 163 nömrəli; 30 sentyabr 2009-cu il tarixli, 157 nömrəli; 19 oktyabr 2009-cu il tarixli, 167 nömrəli; 22 yanvar 2010-cu il tarixli, 14 nömrəli; 1 fevral 2010-cu il tarixli, 24 nömrəli; 23 fevral 2010-cu il tarixli, 41 nömrəli; 8 oktyabr 2010-cu il tarixli, 173 nömrəli; 12 noyabr 2010-cu il tarixli, 211 nömrəli; 21 oktyabr 2010-cu il tarixli, 181 nömrəli; 25 yanvar 2011-ci il tarixli, 15 nömrəli Qərarlara əsasən əlavələr və dəyişikliklərlə.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı

Azərbaycan Respublikası Milli Məclisinin Aparatı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatı

Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı

Məhkəmə-Hüquq Şurasının Aparatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Aparatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatları (Bakı Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi)

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı

Azərbaycan Respublikası Hesablama Palatasının Aparatı

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı

ağır cinayətlər məhkəmələrinin aparatları (Bakı Ağır Cinayətlər Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi)

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin Aparatı

Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad Məhkəməsinin Aparatı

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi

Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı

Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatı

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan:

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatı

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Aparatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatı

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatı

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatı

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatı

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatı

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Aparatı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyasının Aparatı

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparatı

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Aparatı

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin Aparatı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Aparatı

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Aparatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatı

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatı

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Aparatı

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Aparatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Aparatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı

Milli Televiziya və Radio Şurasının Aparatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Aparatı

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan:

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin Aparatı

Penitensiar Xidmətinin Aparatı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan:

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Aparatı

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Aparatı

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Aparatı

Dövlət Yanğından Mühafizə Xidmətinin Aparatı

Dövlət Yanğın Nəzarəti Xidmətinin Aparatı

Dövlət Material Ehtiyatları Agentliyinin Aparatı

Dövlət Sularda Xilasetmə Xidmətinin Aparatı

Xüsusi Riskli Xilasetmə Xidmətinin Aparatı

Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Aparatı

Tibb Xidmətinin Aparatı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında:

Dövlət Baytarlıq Xidmətinin Aparatı

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Aparatı

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Aparatı

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında:

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aparatı

Sahibkarlığa Kömək Milli Fondu

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Aparatı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi

Naxçıvan Muxtar Respublikası üzrə:

Ədliyyə Nazirliyinin Aparatı

Milli Təhlükəsizlik Nazirliyinin Aparatı

Daxili İşlər Nazirliyinin Aparatı

İqtisadi İnkişaf Nazirliyinin Aparatı

Maliyyə Nazirliyinin Aparatı

Kənd Təsərrüfatı Nazirliyinin Aparatı

Təhsil Nazirliyinin Aparatı

Səhiyyə Nazirliyinin Aparatı

Mədəniyyət və Turizm Nazirliyinin Aparatı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparatı

Nəqliyyat Nazirliyinin Aparatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı

Vergilər Nazirliyinin Aparatı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı

Gənclər və İdman Nazirliyinin Aparatı

Fövqəladə Hallar Nazirliyinin Aparatı

Dövlət Gömrük Komitəsinin Aparatı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatı

Dövlət Statistika Komitəsinin Aparatı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatı

Satınalmalar üzrə Dövlət Agentliyinin Aparatı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatı

Arxiv İdarəsinin Aparatı

Dövlət Sosial Müdafiə Fondunun Aparatı

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparatı

Televiziya və Radio Şurasının Aparatı

Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Aparatı

Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Aparatı

Dövlət Energetika Agentliyinin Aparatı

Dövlət Baytarlıq Xidmətinin Aparatı

Dini Qurumlarla İş üzrə İdarənin Aparatı

Ali Məclis sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparatı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri

Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti başçılarının aparatları

Azərbaycan Respublikasının rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan:

Bakı Şəhər İqtisadiyyat Komitəsi

Memarlıq və Şəhərsalma Baş İdarəsi

Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti

Kino Xidməti İdarəsi

Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi

Bakı Şəhər Ticarət və Xidmət Departamenti

Bakı Şəhər Ekspertiza Mərkəzi

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tabeliyində olan:

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları

Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan:

Tibb Baş İdarəsinin Aparatı

Məhkəmə Ekspertizası Mərkəzi

Regional ədliyyə şöbələri

İcra qurumları (şöbələri), bölmələri, qrupları

Rayon, şəhər dövlət notariat kontorları, Dövlət Notariat Arxivi

Rayon, şəhər qeydiyyat şöbələri, nikah evləri

Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidməti

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan orqanlar, rayon, şəhər şöbələri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan—ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri (dövlət büdcəsindən maliyyələşdirilən)

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan:

regional bölmələr

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında, tabeliyində olan:

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti

Rayon, şəhər üzrə maliyyə idarə və şöbələri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan:

Ərazi kənd təsərrüfatı idarələri

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan:

Bakı şəhəri üzrə Təhsil İdarəsi

Rayon (şəhər) təhsil şöbələri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan:

Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələri

Rayon (şəhər) mədəniyyət və turizm şöbələri

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan:

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yerli bölmələri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında, tabeliyində olan:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, onun yerli bölmələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, rayon (şəhər) məşğulluq orqanları. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti, onun yerli bölmələri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan:

İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament

Bakı Şəhər Vergilər Departamenti

Ərazi Vergilər İdarəsi

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsi, Dövlət Qaz Nəzarəti İdarəsi, onların yerli şöbələri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan:

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti

Ətraf Mühitin Mühafizəsi Departamenti

Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamenti

Milli Hidrometeorologiya Departamenti

Dövlət Ekspertiza İdarəsi

Meşələrin İnkişafı Departamenti

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti

Regional ekologiya və təbii sərvətlər idarələri

Ərazi ekologiya və təbii sərvətlər şöbələri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan:

Bakı, Gəncə, Sumqayıt şəhər gənclər və idman baş idarələri

Rayon, şəhər gənclər və idman idarələri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan:

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

Mülki Müdafiə Qoşunları Komandanlığının Aparatı

Regional mərkəzlər

Azərbaycan Respublikası Baş Prokurorluğunun tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, ərazi, ixtisaslaşdırılmış və digər prokurorluqlar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan gömrük orqanları (dövlət büdcəsindən maliyyələşdirilən):

Gömrük idarələri

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında, tabeliyində olan:

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan:

Zonalar üzrə nümayəndəliklər

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarələri (şöbələri)

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeliyində, nəzdində olan:

Mənzil-İstismar Departamentinin Aparatı

Rayon, şəhər şöbələri, nümayəndəlikləri

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan:

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi dövlət nəzarəti idarələri

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi sınaq və sertifikatlaşdırma idarələri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan regional idarələri

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan:

İri Sığortaedənlərlə İş üzrə Departament

Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti

Bakı şəhəri rayon şöbələri

Şəhər (rayon) şöbələri

Azərbaycan Respublikası şəhər və rayon məhkəmələrinin aparatları

Azərbaycan Respublikası hərbi məhkəmələrinin aparatları (Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi, Bakı Hərbi Məhkəməsi, Cəlilabad Hərbi Məhkəməsi, Füzuli Hərbi Məhkəməsi, Gəncə Hərbi Məhkəməsi, Tərtər Hərbi Məhkəməsi)

inzibati-iqtisadi məhkəmələrinin aparatları (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi).

 

 

 


ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag