Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

No 956-IIQR / 28.07.2005 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

QƏRARI

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında

«Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında» Əsasnamənin 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilsinlər:

Ziyafət Abbas oğlu Əsgərov—Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri;

Əli Cavad oğlu Əhmədov—Azərbaycan Respublikası Milli Məclisinin deputatı;

Bəxtiyar Həmzə oğlu Əliyev—Azərbaycan Respublikası Milli Məclisinin deputatı;

Əli Məhəmməd oğlu Hüseynov—Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri;

Lətif Hüseyn oğlu Hüseynov—Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri.

M.Ələsgərov

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 28 iyun 2005-ci il

№ 956-IIQR

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag