Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 347 / 10.08.2004 Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” 2007-ci il 01 fevral tarixli 1909 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” 2004-cü il 10 avqust tarixli 347 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nun 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyən edilən dövlət qulluğu vəzifələrinin aylıq vəzifə maaşlarının məbləğləri 1-4-cü kateqoriya dövlət orqanlarında həmin orqanların rəhbərləri tərəfindən, 5-7-ci kateqoriya dövlət orqanlarında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin orqanların rəhbərləri tərəfindən bu Sərəncamın əlavəsinə uyğun olaraq müəyyənləşdirilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2004-cü il

№ 347

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag