Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 1369 / 23.10.2003 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işləyən dövlət qulluqçularına ödənilən müavinət barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işləyən dövlət qulluqçularına

ödənilən müavinət barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və onun tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən idarələrdə inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularına hər il məzuniyyətə çıxdıqda və ya il ərzində məzuniyyətə çıxmadıqda bir aylıq vəzifə maaşı həcmində əməyin ödənilməsi fondu dairəsində müalicə müavinəti ödənilir.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

№ 1369


ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag