Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 565 / 03.09.2001 (01.09.2001) 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən vəsiqənin təsvirinin və nümunəsinin təsdiq edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna

verilən vəsiqənin təsvirinin və nümunəsinin təsdiq edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən vəsiqənin təsviri və nümunəsi təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

565

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 3 sentyabr tarixli

565 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış

dövlət qulluqçusuna verilən vəsiqənin

TƏSVİRİ\

3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən müvafiq vəsiqənin təsviri aşağıdakı kimidir:

1. Vəsiqə 100 mm x 70 mm ölçüdə tünd qırmızı rəngli möhkəm cildli kitabça şəklindədir.

2. Vəsiqənin cildinin üst tərəfində ortada basma üsulu ilə Azərbaycan Respublikası Dövlət gerbinin zərli təsviri verilmişdir. Təsvirin yuxarısında zərlə «Azərbaycan Respublikası», altında isə «Dövlət qulluqçusunun ixtisas dərəcəsi vəsiqəsi» sözləri yazılmışdır.

3. Sənədin içliyinin birinci səhifəsində:

a) sol tərəfdə 3 x 4 ölçüdə fotoşəkil üçün yer ayrılmışdır;

b) yuxarıda ortada «Vəsiqə N» sözləri yazılmışdır;

c) ortada Azərbaycan Respublikası Dövlət gerbinin təsviri verilmişdir;

d) sağ tərəfdə aşağıda «Verildiyi tarix «___» ____________ 200__-ci il» sözləri yazılmışdır.

4. Sənədin içliyinin ikinci səhifəsində:

a) birinci sətrin altında «vəzifəsi», ikinci sətrin altında «soyadı, adı, atasının adı», üçüncü sətrin davamında «ixtisas dərəcəsi verilmişdir» sözləri yazılır;

b) səhifənin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri verilmişdir;

c) səhifənin aşağısında «Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri» sözləri yazılır.

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 3 sentyabr tarixli

565 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış

dövlət qulluqçusuna verilən vəsiqənin

NÜMUNƏSİ

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT QULLUQÇUSUNUN

İXTİSAS DƏRƏCƏSİ

VƏSİQƏSİ

 

 

 

 

VƏSİQƏ N ________

 

Şəkil

yeri

 

 

 

Verildiyi tarix

 

«___» ______________ 200_____ il

 

 

______________________________________

Vəzifəsi

 

______________________________________

Soyadı, adı, atasının adı

 

______________________________ ixtisas

dərəcəsi verilmişdir

 

Azərbaycan Respublikası

Prezidentinin İcra

Aparatının rəhbəri

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag