Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 551 / 09.08.2001 (01.09.2001) Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsi təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 avqust 2001-ci il

№ 551

2003-cü il 4 avqust tarixli 912 nömrəli fərmana əsasən əlavə və dəyişikliklərlə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il

9 avqust tarixli 551 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbulu Azərbaycan Respublikası

adından təsdiq edən şəhadətnamənin

NÜMUNƏSİ

 

 

Azərbaycan Respublikasının adından

Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbulu təsdiq edən

Şəhadətnamə № _

 

Bu Şəhadətnamə ________________________________________________________ ondan ötrü

adı, atasının adı, soyadı

 

verilir ki, o ___________________________________________________________ daimi dövlət

dövlət orqanının adı

qulluğuna qəbul edilmişdir.

 

Dövlət orqanının rəhbəri _______________________________________________ imza

 

Möhür

 

Tarix:

 

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag