Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 435 / 29.12.2000 «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun

tətbiq edilməsi barədə

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Qanunun tələblərinə müvafiq olara dövlət qulluqçuları üçün təminatlara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 12-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin təsnifat toplusunun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 17-ci maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında ixtisas dərəcələrinin verilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 17.5-ci maddəsinə müvafiq olaraq 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri alan dövlət qulluqçusuna verilən müvafiq vəsiqənin nümunəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun tələblərinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluqçusu üçün minimum vəzifə maaşının məbləğini və dövlət qulluğu vəzifələrinin təsnifatına müvafiq surətdə icra hakimiyyəti orqanlarında dövlət qulluqçularının vəzifə maaşlarının miqdarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 22.4-cü maddəsinə müvafiq olaraq qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi qaydasına, onun təyin edilməsi üçün əsasa və onun məbləğinə dair qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 22.5-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 22.7-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq verilən əlavə haqqın və həmin haqqın hər iki ildən bir artırılan məbləğlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 22.8-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın təyin edilməsi qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- «Dövlət qulluqçularının pensiya təminatı haqqında» və «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 23.3-cü maddəsinə müvafiq olaraq yaşına və ya əlilliyinə görə istefaya çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan müvafiq icra hakimiyyəti orqanlarında çalışmış dövlət qulluqçusuna müəyyən edilən ömürlük müavinətin miqdarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 23.5-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadına (ərinə), anasına (atasına), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızına (oğluna) pensiyanın ödənilən faizinin miqdarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 24-cü maddəsinə müvafiq olaraq dövlət qulluqçularının mükafatlandırılmasının növlərinə və qaydalarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 25.4-cü maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna münasibətdə tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydasının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 27.3-cü maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 28-ci maddəsinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə (o cümlədən müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına müvafiq qərarın qəbul edilməsi qaydaları da daxil olmaqla) qəbulun qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 28.5-ci maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və təsdiq edilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 28.6-cı maddəsinə müvafiq olaraq sınaq müddəti ilə müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul kontraktının nümunəsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 28.7-ci maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında daimi dövlət qulluğuna qəbulu Azərbaycan Respublikasının adından təsdiq edən sənədin nümunəsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 29.4-cü maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında inzibati vəzifələrin tutulması ilə bağlı dövlət orqanının rəhbəri dövlət qulluğunun idarəetmə orqanının tövsiyəsi ilə razılaşmadıqda yaranmış fikir ayrılığının aradan qaldırılması qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 30.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün müddəti qısaldılmış iş vaxtı haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 30.2-ci maddəsinə müvafiq olaraq qulluq üçün zəruri olan hallarda iş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- öz səlahiyyətləri daxilində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, iki ay müddətində:

- Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının 6 üzvünün namizədliyinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikasının Prezidentinin yanında müvafiq dövlət qulluğunu idarəetmə orqanına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının müvafiq dövlət qulluğunu idarəetmə orqanlarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Müəyyən edilsin ki:

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 29.4-cü, 29.6-cı, 29.7-ci və 30-1.7-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir.

4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna tövsiyə edilsin, habelə Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsinlər.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2000-ci il

№ 435

 

2002-ci il 24 avqust tarixli 775 nömrəli; 2005-ci il 28 dekabr tarixli 342 nömrəli, 2007-ci il 26 dekabr tarixli 691 nömrəli, 2008-ci il 7 may tarixli 752 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag