Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə metodları sahəsində təlim keçirilmişdir

2009-cu il 12 mart tarixdə Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, “Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Strategiyasına dəstək” (AZPAC) layihəsi çərçivəsində Avropa Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə “Dövlət qulluğu sahəsində korrupsiya halları barədə məlumatvermə və məlumat verənin müdafiəsi üçün qaydaların hazırlanması” mövzusunda təlim keçirmişdir.

Təlimə dövlət orqanlarında daxili nəzarət funksiyalarını həyata keçirən struktur bölmələri əməkdaşları cəlb edilmişdir. Təlimdə Avropa Şurasının AZPAC Layihəsinin məsləhətçisi cənab Kventin Rid korrupsiyaya qarşı mübarizənin başlıca prinsip və dəyərlərinin mənbələri, dövlət orqanları daxilində baş verən pozuntular barədə məlumatın ötürülməsi, ictimaiyyətin korrupsiyaya qarşı mübarizənin üsulları barədə məlumatlandırılması mövzularında bəzi Avropa ölkələrinin təcrübəsinə toxunmuş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. Sonra təlim iştirakçıları dövlət qulluqçusunun müxtəlif situasiyalarda korrupsiyaya qarşı mübarizənin üsullarının tətbiqi qaydalarına əməl etməsi barədə fikir və təcrübə mübadiləsi aparmışlar.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag