Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Gəncə və Tovuzda təlim keçirilmişdir

2008-ci il 5-7 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə birgə yerli icra hakimiyyətləri orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri üçün təlimlər təşkil etmişdir.  Gəncə və Tovuz şəhərlərində təşkil edilən təlimlərə Goranboy, Naftalan, Xocalı, Samux, Göygöl, Kəlbəcər, Gəncə, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 130 rəhbər vəzifəli dövlət qulluqçusu cəlb edilmişdir.

Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Nərmin Mirzəyeva və Fuad Mayılov “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxış etmiş və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparmışlar.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag