Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Dövlət qulluqçularının xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda treninq keçirilmişdir

2008-ci il 15-16 sentyabr tarixində Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzində “Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına Dəstək (AZPAC)” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Avropa Şurası ilə birlikdə “Dövlət qulluqçularının xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda treninq keçirmişdir.
Treninqə dövlət orqanları kadr qurumunun nümayəndələri iştirak etmişdir. Treninqi aparan Avropa Şurasının eksperti cənab Hans Rieger xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi, onun məqsəd və əsasları, metod və prinsipləri, qiymətləndirmə meyarları kimi mühüm məsələlər barədə beynəlxalq təcrübədən danışmış və bu təcrübənin Azərbaycan Respublikasında tətbiqi imkanları ilə bağlı təlim iştirakçıları ilə fikir mübadiləsi aparmışdır.
ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag