Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Ədliyyə Akademiyasında təlim keçirilmişdir

2009-cu il 10 noyabr tarixdə Ədliyyə Akademiyasında "Dövlət qulluğunda insan resurslarının idarəedilməsi (beynəlxalq təcrübə)" mövzusunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müsabiqədən uğurla keçmiş şəxslər üçün təlim keçirilmişdir. Təlimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi Rauf Əliyev aparmışdır.
Rauf Əliyev təlimdə insan resurslarının idarəedilməsinin məqsəd və funksiyaları, dövlət qulluğu sistemləri və onların səciyyəvi cəhətləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra isə təlim mövzusu və dövlət qulluğunun aktual məsələləri ətrafında müzakirələr aparılmış və Komissiyanın əməkdaşı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag