Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təlim keçirilmişdir

2009-cu il 14 oktyabr tarixdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqinin aktual məsələləri" mövzusunda Nazirliyin əməkdaşları üçün növbəti təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov, böyük məsləhətçisi Rauf Əliyev və Hüquq sektorunun aparıcı məsləhətçisi Mahir Məlikov iştirak etmişlər. 

Rauf Əliyev təlimdə "Maraqların toqquşması; aşkarlanması və həlli yolları" mözusunda təqdimatla çıxış etmişdir. Mahir Məlikov dövlət qulluğu qanunverciliyinə edilmiş son dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra isə təlim mövzusu və dövlət qulluğunun aktual məsələləri ətrafında müzakirələr aparılmış və Komissiyanın əməkdaşları təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag