Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Qubada regional təlimlər keçirilmişdir

Qubada regional təlimlər

2009-cu il 30 iyun və 1 iyul tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlər keçirilmişdir. Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1790 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçiliyin Təşkili: MİM 9-un (YADİDP-nin ilkin variantı 2006-2015) icrasına dair Layihə Sənədi”nə müvafiq olaraq təşkil edilmişdir. 
Qubada keçirilmiş təlimlərə Quba, Qusar, Xaçmaz, Xızı, Dəvəçi və Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 64 rəhbər vəzifəli şəxs cəlb edilmişdir. 

Keçirilmiş təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxış etmiş, dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparmışlar. Qeyd edək ki, bu təlimlər əvvəllər Gəncə, Tovuz, Şəki, Yevlax, Şamaxı, Masallı və Salyanda keçirilmiş silsilə təlimlərin davamıdır və gələcəkdə bu növ təlimlərin digər regionlarda da keçirilməsi planlaşdırılır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag